dunyanin en gozel Read the rest of this post »
mashin
Posted Fevral 12, 2008 by naxchiboyCategories: 1
Azerbaycan ve Neft
Posted Fevral 12, 2008 by naxchiboyCategories: 1
Neftin hasilatı və emalı Azərbaycan sənayesinin əsas sahəsidir. Respublikada, 1871-ci ildən başlayaraq bu günədək bir milyard tondan artıq neft hasil edilmişdir. Əgər əvvəllər neft yalnız Abşeron yarımadasında hasil edilirdisə, zaman keçdikcə Azərbaycanın bir çox rayonlarında yeni neft yataqları aşkar edilmiş, 1949-cu ildə isə Xəzərin dibindən çıxarılmasına başlanmışdır. Mütəxəssislərin rəyinə görə respublikanın ərazisində ən azı 2,3 milyardton neft ehtiyatı vardır.
Respublikamız müstəqillik əldə etdikdən sonra iqtisadi çətinliklərin aradan qaldırılması üçün neft və qaz hasilatının artırılması zərurəti yarandı. Maliyyə imkanlarının məhdudluğundan respublika höküməti bu sahəyə kapital qoyuluşu üçün xarici şirkətləri dəvət etmək qərarına gəldi. Nəticədə1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycanın neft yataqlarının birgə işlənməsi üçün ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Yaponiya, Türkiyə kimi nəhəng dövlətlərlə saziş imzalandı.
Bu saziş “Əsrin saziş” adını qazandı. Sazişin həyata keçirilməsi bir çox şirkətlərin ölkənin iqtisadiyyatına əminliklə kapital qoymasına imkan yaratdı. Bu gün neft hasilatında dünyanın 15 ölkəsinin 34 iri şirkəti iştirak edir. Yaxın otuz ildə kapital axınının 16-17 milyard ABŞ dolları həcmində olacağı planlaşdırılır. Belə siyasət sayəsində neft sənayesinin maddi-texniki bazası möhkəmlənməyə başladı. “Azəri”, “Çıraq”, “Günəşli” “Şahdəniz” saziş yataqlarının mənimsənilməsi işləri aparıldı. Neft emalı üzrə müasir obyektlər, “Dədə Qorqud”, “Qurtuluş”, “Lider” kimi ağırtonlu üzən qazma qurğular istismara verilmişdir. Səngəçaldan Supsa limanına qədər uzunluğu 926 km olan “Bakı-Batumi” qərb marşrutunda neft borusunun qurulması başa çatdırılmış və uğurla istismar edilir.
Dünyada ən uzun boru kəmərlərdən biri olan “Bakı-Tiflis-Ceyhan”ın inşası başa çatmışdır. “Bakı-Ərzurum” yeni qaz kəmərinin inşası nəzərdə tutulur.
Neft hasilatının genişlənməsilə əlaqədar olaraq neft emalı da inkişaf edir. Respublika nefti karbohidrogenin quruluşu (az kükürdlü) xassələri sayəsində üzvi sintez sənayesi üçün qiymətli xammaldır. Bakının neft emalı zavodları 100-dən artıq neft məhsulunun buraxılmasına başlamışdır, bunların yarısı yüksək keyfiyyətli sürtgü yağlarıdır. Qaz və qaz kondensatı hasilatı da yanacaq balansında mühüm rol oynayır.

